Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Meksika hökuməti ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) rəhbəri Terri Koulun ölkə rəhbərliyi ilə mütəşəkkil cinayətkarlıq arasında guya mövcud olan əlaqələr barədə bəyanatlarını rədd edib.
XQ xəbər verir ki, bu barədə ölkənin güc qurumlarının yaydığı birgə bəyanatda deyilir. Sənəddə DEA rəhbərinin iddialarının heç bir əsasa malik olmadığı, Meksika hakimiyyətinin müntəzəm olaraq dərc etdiyi və yoxlanılması tamamilə mümkün olan cinayətkar təşkilatlara qarşı mübarizənin real nəticələrinə zidd olduğu vurğulanır. Hökumət rəsmiləri ölkənin milli təhlükəsizlik strategiyasının "sıfır cəzasızlıq" prinsipinə əsaslandığını diqqətə çatdırıblar. Bu mübarizəyə nümunə kimi, fəaliyyətdə olan və keçmiş 80-dən çox dövlət qulluqçusunun, o cümlədən yeddi merin saxlanılması, habelə 2024-cü ilin oktyabrından 2026-cı ilin iyununadək 500 tona yaxın narkotik vasitənin və 5,5 milyondan çox fentanil həbinin müsadirə edilməsi göstərilib. Xatırladaq ki, daha əvvəl DEA rəhbəri Terri Koul kartellərin və Meksika hakimiyyətinin "ayrılmaz" olduğunu iddia edərək, onlara qarşı mübarizəni idarənin bir nömrəli prioriteti adlandırıb.