Meksika kartelləri Venesuela hakimiyyəti ilə əlbir olub?

31.01.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

ABŞ yavaş-yavaş diqqətini Latın Amerikasına, bununla yanaşı narkotik və insan alverinə yönəldərkən, qonşusu Meksikanı da diqqətlə izləməyə başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Meksika rejiminin ölkədə fəaliyyət göstərən kartellərlə birlikdə narkotik qaçaqmalçılığı ilə məşğul olduğuna dair ipucları ABŞ-nin diqqətindən yayınmayıb.

ABŞ tərəfindən həyata keçirilən ildırım əməliyyatı nəticəsində ələ keçirilən Venesuelanın keçmiş lideri Nikolas Maduro haqqında bu ay açıqlanan ittiham aktında Meksikanın adı davamlı olaraq ön plana çıxır.

Sənədlərə görə, Meksikanın ən güclü narkotik kartelləri Venesuela hökumətinin yüksək vəzifəli şəxsləri ilə kokain ticarəti və çirkli pulların yuyulması sahəsində tərəfdaşlıq qurub.

2006-cı ildə Meksikadan havaya qalxan bir sərnişin təyyarəsinin içindən 5,5 ton çəkidə, təxminən 100 milyon dollar dəyərində kokainin aşkarlanması şübhələri daha da artırıb.

Meksika ilə Venesuela arasındakı əlaqələrin tarixi illər əvvələ gedib çıxır. İttiham aktına görə, Venesuelanın daxili işlər naziri Diosdado Kabello 2006-cı ildə narkotik yüklü təyyarənin koordinasiyasında əsas rol oynayıb.

Kabello bu iddiaları “böyük bir yalan” adlandırıb. Digər tərəfdən, Maduronun narkotikdən əldə edilən gəlirləri diplomatik toxunulmazlıqdan istifadə edərək ölkəsinə geri göndərmək üçün Meksikadakı səfirlikdən yararlandığı irəli sürülüb.

İddiaya əsasən, narkotik qaçaqmalçıları nağd pulla dolu təyyarələri hazırlayarkən səfirlə diplomatik missiya pərdəsi altında görüşlər keçiriblər. Maduro məhkəmədə verdiyi ilk ifadəsində özünü günahsız və dürüst bir insan kimi təqdim edib.

ABŞ-li prokurorlar Maduronun yaxın dostu Aleks Saabın Meksika mərkəzli paravan şirkətlər vasitəsilə ərzaq tədarükü və neft sanksiyalarının pozulması proseslərini idarə etdiyini iddia edirlər.

Saabın vəkilləri isə rüşvət və çirkli pulların yuyulması ilə bağlı ittihamları qəbul etmirlər. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью