Meksika körfəzinin adı dəyişdirilir, qanun layihəsi təsdiqlənib

08.05.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Vaşinqton, 8 may, AZƏRTAC

ABŞ Nümayəndələr Palatası Meksika körfəzinin adının Amerika Körfəzi olaraq dəyişdirilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.

AZƏRTAC-ın məlumatına görə, Respublikaçılar Partiyası tərəfindən irəlj sürülən layihə 211 lehinə, 206 əleyhinə səslə palatadan keçib. Hakim partiyadan yalnız Nebraska ştatının nümayəndəsi Don Bekon layihənin əleyhinə səs verib. Qanun layihəsi son təsdiq üçün Senata göndərilir.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью