Meksika Kubaya humanitar yardım göndərəcək

02.02.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 2 fevral, AZƏRTAC

Meksikanın bu həftə Kubaya yollayacağı humanitar yardımın arasında ərzaq məhsulları da yer alacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Meksika Prezidenti Klaudiya Şeinbaum bildirib.

Şeinbaum Kuba xalqı ilə həmrəy olduğunu vurğulayıb. Paralel olaraq o, xarici işlər nazirinə humanitar məqsədlə Kubaya neft ixracının sanksiyaya səbəb olub-olmayacağını öyrənməyi tapşırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью