Meksika millisi 40 illik həsrətə son qoydu

01.07.2026

Qol.az saytına istinadən Icma.az xəbər verir.

Meksika millisi 40 illik həsrətə son qoydu

Meksika millisi 2026-cı il dünya çempionatında tarixi uğura imza atıb.

QOL.az xəbər verir ki, Şimali Amerika təmsilçisi 1/16 final mərhələsində Ekvador üzərində 2:0 hesablı qələbə qazanaraq adını növbəti mərhələyə yazdırıb.

Bu nəticə ilə meksikalılar dünya çempionatlarında 40 ildən sonra ilk dəfə pley-offun ilk mərhələsini keçib.

Meksika yığması sonuncu dəfə 1986-cı ildə keçirilən mundialda ilk pley-off matçından qalib ayrılmışdı. Həmin turnirdə komanda 1/4 finala qədər irəliləmişdi. Sonrakı mundiallarda isə meksikalılar ya 1/8 finalda mübarizəni dayandırıb, ya da pley-offa yüksələ bilməyiblər.

Qeyd edək ki, Meksika növbəti mərhələdə İngiltərə – Konqo DR cütünün qalibi ilə qarşılaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью