Meksika millisinin futbolçusu dünya çempionatlarının tarixinə düşüb

12.06.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 12 iyun, AZƏRTAC

Meksika millisinin futbolçusu Hilberto Mora tarixi nailiyyətə imza atıb.

AZƏRTAC FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, ötən gün Cənubi Afrika Respublikasına qarşı keçirilmiş açılış matçında meydana çıxmaqla, dünya çempionatlarının final mərhələsində oynayan ən gənc altıncı futbolçu olub.

Bununla da 17 yaşlı yarımmüdafiəçi dünya futbolunun ən mötəbər turnirində adını rekordçular sırasına yazdırıb.

Qeyd edək ki, Meksika yığması açılış oyununda Cənubi Afrika Respublikasına 2:1 hesabı ilə qalib gəlib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью