Meksika Prezidenti ABŞ və Venesuela arasında gərginliyin qarşısını almaq üçün BMT yə müraciət edib

17.12.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Vaşinqton, 17 dekabr, AZƏRTAC

Meksika Prezidenti Klaudiya Şeynbaum ABŞ və Venesuela arasında gərginliyin qarşısını almaq üçün BMT-yə müraciət edib.

AZƏRTAC-ın məlumatına görə, o, mətbuat konfransında Meksikanın Venesuelaya xarici müdaxiləyə qarşı olduğunu söyləyib.

"Mən Birləşmiş Millətlər Təşkilatını öz rolunu yerinə yetirməyə çağırıram. Təşkilat qan tökülməsinin qarşısını almaq üçün rolunu öz üzərinə götürməlidir", - deyə o bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью