Meksika prezidenti BRİKS sammitində iştirakdan imtina etdi

02.04.2025

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Meksika prezidenti Klaudiya Şeynbaum BRİKS sammitində iştirak etməyəcəyini, lakin tədbirə nümayəndə göndərəcəyini bildirib.

…Mən getməyəcəyəm. Yəqin ki, tədbirə kimisə göndərəcəyik.

SİA-nın məlumatına görə, TASS onun sözlərindən sitat gətirib.

Bundan əvvəl Braziliya BRİKS sammitinə Meksika, Uruqvay və Kolumbiyanı dəvət etmişdi.

Braziliya bu il assosiasiyaya sədrlik edir.

İyulun əvvəlində Rio-de-Janeyroda liderlər sammitinin keçirilməsi planlaşdırılır.

Əli Babayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью