Meksika prezidenti Şeynbaum Google a qarşı Meksika körfəzi iddiası qaldırıb

10.05.2025

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Meksika prezidenti Klaudiya Şeynbaum ABŞ-da istifadə edilən xəritəçəkmə proqramında "Meksika körfəzi" adını "Amerika Körfəzi" olaraq dəyişdirdiyi üçün "Google"u məhkəməyə verdiklərini açıqlayıb.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, paytaxt Mexikoda Milli Sarayda təşkil edilən gündəlik mətbuat konfransında danışan Şeynbaum, daha əvvəl bu mövzuda "Google"a xəbərdarlıq etdiklərini, lakin istəklərinin yerinə yetirilmədiyini bildirib.

"Müvafiq durumlar tərəfindən "Google" artıq məhkəməyə verilib. Artıq ilkin qərar var və biz son qərarı gözləyirik", - deyə Şeynbaum bildirib.

Körfəzin ABŞ sahillərinə uyğun gələn hissəsi üçün "Amerika Körfəzi" adının istifadəsinə etiraz etmədiklərini vurğulayan Şeynbaum: "Ancaq "Google" bütün körfəzi belə adlandıra bilməz. Bu, beynəlxalq məsələdir. Bizim xahişimiz ondan ibarətdir ki, "Google" "Amerika Körfəzi" adını yalnız ABŞ ərazisinə uyğun gələn hissəyə yerləşdirsin və Meksika və Kubaya uyğun gələn hissələr üçün "Meksika Körfəzi" adından istifadə etsin", - deyə bildirib.

Şeynbaum qeyd edib ki, ABŞ prezidenti Donald Trampla telefon danışıqlarında bu məsələ gündəmə gəlməyib.

Tramp yanvarın 20-də Ağ Evdə imzaladığı fərmanla Meksika körfəzinin adının "Amerika Körfəzi" adlandırılmasını əmr edib. "Google" fevralın 11-də xəritələr tətbiqindəki "Meksika körfəzi" adının "Amerika Körfəzi" olaraq dəyişdirildiyini elan edib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью