Meksika prezidenti Trampın vergi qərarından sonra mitinq keçirib

10.03.2025

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Meksika prezidenti Klaudiya Şeynbaum minlərlə insanın qatıldığı mitinqdə ABŞ-ı qarşılıqlı hörmət və dialoqa çağırıb.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Meksikaya 25% əlavə gömrük rüsumlarını bir ay müddətinə dayandırmasından sonra Şeynbaum paytaxt Mexikoda Zokalo meydanında minlərlə insana müraciət edib.
"Biz Meksika ilə ABŞ arasında münasibətlərin hər zaman qarşılıqlı hörmət və dialoq yolu ilə möhkəmlənəcəyinə inanırıq. Amerika xalqına deyirəm ki, bizim onlara zərər vermək niyyətimiz yoxdur və heç vaxt olmayacaq və biz onlarla bütün sahələrdə əməkdaşlıq etmək əzmindəyik"-deyə, Şeynbaum bildirib.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью