Meksika səfiri ADU nun tələbələri ilə görüşüb

23.10.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 23 oktyabr, AZƏRTAC

Azərbaycan Dillər Universitetində (ADU) Meksikanın ölkəmizdəki səfiri xanım Mariya Viktoriya Romero Kabalyeronun iştirakı ilə görüş keçirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, “Səfir saatı” layihəsi çərçivəsində baş tutan görüşdə ispan dili ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər. Səfir Meksikanın iqtisadiyyatı, coğrafiyası, tarixi və mədəniyyəti haqqında təqdimatla çıxış edərək ölkəsi barədə maraqlı faktları bölüşüb.

Tədbir interaktiv şəkildə davam edib. Səfir tələbələrin Meksika ilə bağlı suallarını cavablandırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью