Meksika sərhədində ABŞ nin hərbi maşını qəzaya uğradı: 2 əsgər ölüb, 1 nəfər ağır yaralanıb

16.04.2025

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Meksika sərhədində baş verən yol-nəqliyyat hadisəsində ABŞ ordusuna məxsus hərbi maşın qəzaya uğrayıb.

BAKU.WS haberglobal-a istinadən xəbər verir ki, nəticədə 2 amerikalı əsgər həyatını itirib, 1 əsgər isə ağır yaralanıb.

ABŞ Şimali Qüvvələr Komandanlığının (NORTHCOM) yaydığı məlumatda bildirilir ki, 3 hərbçi daşıyan avtomobil Nyu Meksiko ştatının Santa Teresa bölgəsində qəzaya düşüb. Hadisə yerli vaxtla saat 08:50-də baş verib.

Ağır yaralanan əsgərin bölgədəki xəstəxanada müalicə aldığı bildirilir. Qəzanın səbəbi ilə bağlı araşdırma başladılıb.

Hadisədə ölən əsgərlərin adları onların ailələrinə məlumat verildikdən sonra açıqlanacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью