Meksika Trampın rüsumlarına qarşı “B planını” işə salır Dünyada gərginlik

02.02.2025

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Meksika prezidenti Klaudiya Şeynbaum ABŞ prezidenti Donald Trampın ölkəyə qarşı tətbiq etdiyi 25%-lik gömrük rüsumlarına cavab olaraq oxşar və əlavə tədbirlər görəcəyini açıqlayıb.

"Ölkə.az" xəbər verir ki, o, X sosial şəbəkəsində paylaşım edərək Meksikanın maraqlarını qorumaq üçün yeni tarif və qeyri-tarif tədbirlərinin nəzərdə tutulduğunu bildirib.

“İqtisadiyyat nazirinə bizim üzərində işlədiyimiz "B planını" həyata keçirməyi tapşırıram. Bu plan tarif və qeyri-tarif tədbirlərini əhatə edir və Meksikanın maraqlarını qorumağa yönəlib. Heç nə güc yolu ilə deyil; hər şey ağılla və hüquq çərçivəsində həll olunmalıdır”, – deyə Şeynbaum vurğulayıb.(Musavat.com)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью