Meksika və Kanadaya pis xəbər: martin 4 dən etibarən…

27.02.2025

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Meksika və Kanadaya tətbiq edilən rüsumlar martın 4-dən qüvvəyə minəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial media hesabında məlumat yayıb.

ABŞ Prezidenti Meksika və Kanadadan ABŞ-a külli miqdarda narkotik vasitələrin keçirildiyini qeyd edib. Son 20 ildə milyonlarla insanın narkotik səbəbindən dünyasını dəyişdiyini diqqətə çatdırıb.

“Bu bəlanın ABŞ-a zərər verməyə davam etməsinə icazə verməyəcəyik. Bu səbəbdən də bu vəziyyət sona çatana və ya ciddi şəkildə məhdudlaşdırılana qədər martın 4-də yeni qaydalar planlaşdırıldığı kimi də tətbiq ediləcək. Eynilə Çinə qarşı da həmin tarixdə 10 faizlik rüsum tətbiq ediləcək”, – Tramp bildirib.

Aysel Əliyeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью