Meksika xarici turistlərdən 9 dollar vergi alacaq

15.10.2026

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ölkə.az xəbər verir ki, bu barədə ölkənin turizm naziri Jozefina Rodriges Zamora bildirib.

Nazir qeyd edib ki, prezidentin göstərişi ilə qeyri-rezidentlər üçün bu ödəniş ilkin məbləğin 50%-i olmaqla 175 peso təşkil edəcək.

Onun sözlərinə görə, rüsumdan əldə edilən gəlir nəzarət-buraxılış məntəqələrinin modernləşdirilməsinə sərf olunacaq.

"Miqrasiya prosedurları bütün giriş məntəqələrində, xüsusən də hava limanlarında daha da avtomatlaşdırılacaq. Bütün avadanlıqları yeniləyəcəyik, çünki onların çoxu artıq çox köhnədir", - deyə nazir qeyd edib.(Teleqraf)
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью