Meksika XİN: Azərbaycanla ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üçün əməkdaşlığı davam etdirəcəyik

14.01.2025

Report.az saytına istinadən Icma.az xəbər verir.

Meksika Azərbaycanla ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üçün əməkdaşlığı davam etdirəcək.

“Report” xəbər verir ki, bu barədə Meksika Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.

"Bu gün Meksika ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümünü qeyd edirik. Çoxtərəfli səviyyədə dialoqun möhkəmləndirilməsinə və ikitərəfli əlaqələrin daha da genişləndirilməsinə sadiqliyimizi təsdiqləyirik", - nazirlikdə qeyd ediblər.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью