Meksikada 19 yaşlı futbolçu evində ölü tapıldı

15.06.2026

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Meksikanın "Obson Dinamo" klubunun 19 yaşlı futbolçusu İzabel Akosta Hernandez evində ölü tapılıb.

Teleqraf xəbər verir ki, bu barədə "Need To Know" məlumat yayıb.

Məlumata görə, polis əməkdaşları ilkin baxış zamanı hər hansı zorakılıq və ya qanun pozuntusu əlaməti aşkar etməyiblər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, İzabel Akosta Hernandez "Obson Dinamo"ya transfer olunmazdan əvvəl Meksikanın "Mazatlan" klubunun gənclər komandasında çıxış edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью