Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 15 may, AZƏRTAC Meksikanın Puebla ştatında baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində azı 21 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, qəza zamanı xəsarət alan şəxslər yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Regionun daxili işlər naziri Samuel Aqiların sözlərinə görə, hadisə Kuaknopalan-Oaxaca avtomobil yolunun 31-ci kilometrliyində qeydə alınıb.
Qəzaya yük maşını sürücüsünün ötmə əməliyyatı həyata keçirərkən qarşı zolağa çıxması səbəb olub.
Nəticədə yük maşını əvvəlcə avtobusla, daha sonra isə mikroavtobusla toqquşub.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.