Meksikada atışma: 9 nəfər ölüb

02.12.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Meksikanın şimalında bufetə silahlı hücum nəticəsində 9 nəfər həyatını itirib. Polis qrupları qaçan təcavüzkarı tutmaq üçün əməliyyat başlatdı.

"Cebheinfo.az" xəbər verir ki, Meksika mətbuatında yer alan xəbərə görə, Quanaxuato əyalətinin Apaseo del Qrande qəsəbəsində bufet və ətrafdakı müştərilərə silahlı hücum edilib.

Hücum zamanı 9 nəfər hadisə yerində ölüb, 5 nəfər yaralanıb.

Hadisə şahidlərinin sözlərinə görə, hücum edənlər əvvəlcə köşkdəki insanlara, sonra isə ətrafdakı müştərilərə təsadüfi atəş açıblar.

Hücumun baş verdiyi əraziyə çox sayda polis əməkdaşı göndərilib. Qaçan hücumçuların tutulması üçün genişmiqyaslı əməliyyat başladılıb.

Nigar Hacılı 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью