Meksikada avtobusun qəzaya uğraması nəticəsində 8 nəfər ölüb AZƏRTAC

28.12.2024

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 28 dekabr, AZƏRTAC

Meksikanın şərqində sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində 8 nəfər ölüb, 27 nəfər yaralanıb.

AZƏRTAC “ABC news” telekanalına istinadla xəbər verir ki, qəza Verakruz ştatının şərqində Perote-Xalapa şossesində baş verib. Yaralıların dərhal xəstəxanaya çatdırıldığı bildirilib.

Hadisəylə bağlı araşdırmalara başlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью