Meksikada daşqın zamanı ölənlərin sayı 31 nəfərə çatdı

11.10.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Globalinfo.az xəbər verir ki, bu barədə “El Universal” qəzeti məlumat yayıb.

Ən çox insan tələfatı Hidalqo ştatında qeydə alınıb – burada 18 nəfər həlak olub. Daha doqquz nəfər Pueblada, üç nəfər Verakruzda, bir nəfər isə Queretaroda həyatını itirib.

Təbii fəlakət genişmiqyaslı dağıntılara və elektrik enerjisinin kəsilməsinə səbəb olub. Verakruz ştatının Poza Rika şəhərində su səviyyəsinin bəzi yerlərdə üç metri keçdiyi bildirilir.

Rəsmilərin məlumatına görə, yüzlərlə ev zədələnib, onlarla körpü və yol dağılıb. Bir neçə kənddə rabitə və elektrik təchizatı bərpa olunmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью