Meksikada daşqınlar 42 ölü

13.10.2025

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Meksikada güclü yağışların səbəb olduğu daşqınlar ciddi fəsadlar törədib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, daşqınlar nəticəsində 42 nəfər həyatını itirib, 27 nəfər isə itkin düşüb.

Mülki Müdafiə üzrə Milli Koordinatorluğunun (CNPC) açıqlamasında Verakruz, Puebla, Hidalqo, Keretaro və San Luis Potosi əyalətlərində yağan güclü yağışların daşqınlara səbəb olduğunu bildirib.

İtkin düşənlərin tapılması üçün axtarış-xilasetmə işləri intensiv şəkildə davam edir.

Qeyd edək ki, Meksika prezidenti Klaudiya Şeynbaum daşqınlardan ən çox zərər çəkən 5 əyalətin qubernatorları ilə onlayn görüş keçirib.

Məhəmməd Tağıyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью