Meksikada daşqınlar 72 nəfərin həyatına son qoydu

18.10.2025

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Meksikada tropik fırtınaların səbəb olduğu güclü yağışlar daşqınlara yol açıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 72-yə, itkin düşənlərin sayı isə 48-ə yüksəlib.

Ən çox zərər görən ştatlar arasında Verakrus, Puebla və Hidalgo qeyd olunur, bölgəyə əlavə xilasedici qüvvələr cəlb edilib.

Hakimiyyət orqanları enerji xətlərinin 95 faizdən çoxunun bərpa olunduğunu və işlərin davam etdiyini açıqlayıb.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью