Meksikada dəhşət: Yük maşınının arxasında…

08.11.2024

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Meksikanın cənubundakı Gerrero əyalətində tərk edilmiş yük maşınının arxasında 2-si uşaq olmaqla 11 nəfərin cəsədi tapılıb.

"Cebheinfo.az" xəbər verir ki, əyalətin Çilpansinqo şəhərinin Del Sol şossesində tərk edilmiş yük maşını ilə bağlı polisə məlumat verilib.

Polis qrupları yük maşınının arxasında 2-si uşaq olmaqla 11 nəfərin cəsədini tapıb.

Polisin verdiyi açıqlamada bu hadisənin Los Ardillos mütəşəkkil cinayətkar qruplaşması tərəfindən törədilə biləcəyi bildirilib.

Nigar Hacılı 
"Cebheinfo.az"

 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью