Meksikada ən təhlükəli mafiozlardan biri ələ keçirildi

19.03.2026

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Mexiko şəhərində Ekvadorun "Los Lobos" cinayətkar qruplaşmasının rəhbəri, "Lobo Menor" ləqəbli Xuan Karlos ələ keçirilib.

Axar.az xəbər verir ki, bu barədə Meksikanın ictimai təhlükəsizlik naziri Omar Qarsia Harfuş X sosial şəbəkəsində paylaşım edib.

Nazir bildirib ki, saxlanılma əməliyyatı hüquq-mühafizə və miqrasiya orqanlarının beynəlxalq əməkdaşlığı sayəsində mümkün olub.

İnterpolun "qırmızı bülleten"lə axtarışa verdiyi Xuan Karlos narkotik ticarətində ittiham olunur. O həmçinin Ekvadorun sabiq prezidentliyinə namizəd Fernando Vilyavisensionun qətlində əsas fiqurlardan biri hesab edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью