Meksikada ət milçəyinin törətdiyi xəstəliyə ilk yoluxma halı baş verdi

20.04.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Meksikanın Səhiyyə Nazirliyi insanda "Cochliomyia hominivorax" ət milçəyinin sürfəsinin törətdiyi miyoz xəstəliyinə ilk yoluxma halını qeydə alıb.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat nazirliyin Epidemiologiya İdarəsinin "X" sosial şəbəkə hesabında yerləşib.

Bildirilir ki, hadisə Çiapas ştatının Akakoyaqua bələdiyyəsində yaşayan 77 yaşlı qadında qeydə alınıb.

Hazırda xəstənin vəziyyəti stabildir, antibiotik terapiya alır və müalicəsi davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью