Meksikada gizli məzarlıqlarda 56 nəfərin meyitinin qalıqları aşkarlanıb | Icma.az
Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Tapılan şəxslər haqqında heç bir məlumat verilməyib Meksikanın şimalında, ABŞ sərhədi yaxınlığında gizli məzarlıqlarda 56 nəfərin meyitinin qalıqları aşkarlanıb.
AYNA-nın məlumatına görə, bu barədə “CBS News” yerli prokurorluğun açıqlamasına istinadən xəbər yayıb.
Ekshumasiya zamanı meyitlər, tam skeletlər və qismən qalıqlar, həmçinin geyim və güllə gilizləri aşkar edilib.
Dəfn yerləri Çiuahua ştatında ABŞ-yə qaçan miqrantların və narkotik qaçaqmalçılarının istifadə etdiyi marşrut boyunca aşkarlanıb.
Bu əraziyə “La Linea” cinayət təşkilatı nəzarət edir. Tapılan şəxslər haqqında indiyədək heç bir məlumat verilməyib.
Ölümün vaxtını və səbəbini müəyyən etmək üçün qalıqlar məhkəmə-tibbi ekspertizası üçün laboratoriyaya göndərilib.
Meksikada gizli, kütləvi məzarlıqların aşkarlanması nadir hadisə deyil.
Tam oxu
Xəbəri oxu