525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Meksika Prezidenti Klaudiya Şeynbaum konstitusiya islahatını nəzərdə tutan fərman imzalayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, fərman fərdlərin Mexiko şəhərinin qubernatorluğu və ya meri vəzifələrinə namizədliyini irəli sürərkən ikili vətəndaşlığa sahib olmasını qadağan edir.
İmza mərasimindəki açıqlamada Şeynbaum deyib ki, 2028-ci ildən etibarən qubernatorluq, hökumət başçısı, prezidentlik və ya mer vəzifələrinə namizəd olmaq istəyən hər kəs Meksika vətəndaşı olmalıdır.
2028-ci ildə qüvvəyə minəcək fərmana görə, hazırda ikili vətəndaşlığa malik olanlar bu vəzifələrə namizədliyini irəli sürməzdən əvvəl ikinci vətəndaşlıqlarından imtina etməlidirlər.
Fərman Meksika vətəndaşlarının ikili vətəndaşlığa sahib olmasının qarşısını almır. Qərar yalnız rəhbər vəzifələrə namizəd olanlara təsir göstərəcək.
İbrahim Cəfərov