Meksikada itkin düşmüş 9 tələbənin cəsədi tapılıb

06.03.2025

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Meksikada fevralın 27-dən itkin düşmüş 9 tələbənin cəsədi tapılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, cəsədlər Oahaka və Puebla ştatlarının sərhədində yerləşən San-Xose şəhəri yaxınlığında, yol kənarında aşkarlanıb.

Sahibsiz avtomobilə baxış keçirən polis  tükürpədici mənzərə ilə rastlaşıb. Avtomobilin yük yerində 4, salonunda isə 5 meyit olub. Bütün meyitlərin üzərində güllə və işgəncə izlərinə rast gəlinib.

Qeyd edək ki, Tlaskaladan olan 4 qadın və 5 kişi tələbə ötən ayın sonunda Oahaka çimərliklərinə tətilə yollanıblar. 19-30 yaş aralığında olan tələbələr güman ki, narkotik ticarətçilərinin qurbanı olublar.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью