Meksikada kilsədə güclü partlayış: 10 ölü, 81 yaralı (Video)

07.09.2026

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Meksikanın Meksika ştatında kilsələrdən birində saxlanılan pirotexniki vasitələrin partlaması nəticəsində azı 10 nəfər ölüb, 81 nəfər yaralanıb.

Milli.Az xəbər verir ki, hadisə sentyabrın 5-də axşam saatlarında Santa-Mariya-Kançes qəsəbəsində baş verib.

Partlayış nəticəsində kilsə binasının bir hissəsi uçub, insanlar dağıntılar altında qalıb. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub. Binanın dayanıqlığının pozulması axtarış-xilasetmə işlərini çətinləşdirib.

Partlayışın dəqiq səbəbi hələlik açıqlanmayıb. İlkin ehtimallara görə, hadisəyə pirotexniki vasitələrlə ehtiyatsız davranılması səbəb ola bilər.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью