Meksikada qasırğa 6 nəfərin həyatına son qoyub

14.10.2026

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Meksikanın Nayarit və Sinaloa ştatlarında güclü yağışlara səbəb olan Simon qasırğası ciddi fəsadlar törədib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, qasırğa və fırtınadan sonra daşqın və torpaq sürüşmələri baş verib. Nəticədə altı nəfər ölüb, beş nəfər itkin düşüb.

Ensenadadakı El Pipila çayı yaxınlığında axtarış-xilasetmə əməliyyatlarında təxminən 300 hərbçi iştirak edir.

Bölgədəki daşqınlar səbəbindən nəqliyyat vasitələri və evlər də ziyan görüb.

İbrahim Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью