Meksikada qasırğasıya görə müəssisələr bağlanır

10.10.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Meksika hakimiyyəti 4-cü kateqoriyalı Simon qasırğasının yaxınlaşması ilə əlaqədar ölkənin qərbindəki Xalisko, Kolima, Miçoakan və Nayarit ştatlarının bəzi bələdiyyələrində vacib olmayan müəssisə və təşkilatların fəaliyyətini dayandırmaq qərarına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, Milli Mülki Müdafiə Agentliyinin məlumatına görə, ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə yerli hakimiyyət orqanları ilə koordinasiyalı şəkildə müvafiq tədbirlər görülür.

Agentliyin açıqlamasında bildirilib ki, yerli vaxtla saat 16:00-dan etibarən vacib olmayan fəaliyyətlərin dayandırılması təklif olunub.

Simon qasırğasının oktyabrın 11-də səhər saatlarında Meksika sahillərinə 4-cü kateqoriyalı qasırğa kimi çatacağı gözlənilir. Qasırğanın Xalisko ştatının La Huerta və Tomatlan bələdiyyələri arasındakı əraziyə təsir edəcəyi proqnozlaşdırılır.

Meteoroloji proqnozlara əsasən, ən güclü külək əsmələri oktyabrın 10-u günortadan sonra Kolima və Xalisko ştatlarında hiss olunmağa başlayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью