Meksikada quş qripindən ilk insan ölümü qeydə alınıb

09.04.2025

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Meksikanın qərbində üç yaşlı uşaq quş qripindən ölüb.

AZƏRTAC xəbər verir ki, ölümə infeksiyanın yaratdığı tənəffüs yollarının ağırlaşması səbəb olub.

Yerli hakimiyyət orqanları xəstənin təmaslarını izləyib və əlavə yoluxma hadisəsinin aşkar edilmədiyini bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son iyirmi il ərzində 24 ölkədə quş qripi A (H5N1) virusuna yoluxma halları nəticəsində 464 nəfər ölüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью