Meksikada restoranda atışma: daha 9 nəfər öldürülüb

02.12.2024

Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Meksikanın şimalında restorana silahlı hücum olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə 9 nəfər həyatını itirib, yaraılar var.

Meksika mətbuatı yazıb ki, hadisə Quanaxuato əyalətinin Apaseo del Qrande qəsəbəsində baş verib: "Naməlum şəxslər restoran və oradakı müştəriləri atəşə tutublar. Hücum zamanı 9 nəfər hadisə yerində ölüb, 5 nəfər yaralanıb".

Hadisə şahidlərinin sözlərinə görə, hücum edənlər əvvəlcə restorana, sonra isə ətrafdakı insanları atəşə tutub: "Əraziydə polis əməkdaşı göndərilib. Qaçan şəxslərin tutulması üçün axtarışa başlanıb".

Firudin Səfərli

MİA.AZ
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью