Meksikada sel fəlakəti davam edir: 47 ölü, 38 itkin

13.10.2025

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Meksikada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində 47 nəfər həlak olub, 38 nəfər itkin düşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Meksika Sivil Müdafiə Milli Koordinasiyası məlumat yayıb.

Qurumun məlumatında qeyd olunub ki, qeyd olunan ərazilərdə axtarış-xilasetmə işləri fasiləsiz şəkildə davam etdirilir.

Meksika mediasının yaydığı məlumata əsasən, son illərin ən ağır daşqınlarından biri hesab olunan bu təbii fəlakətdən 200 mindən çox insan təsirlənib, təxminən 50 min ev zərər görüb.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью