Meksikada tərk edilmiş evdə 32 nəfərin cəsədi tapılıb

05.08.2025

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Meksikanın Quanaxuato əyalətində tərk edilmiş evdə aşkar edilən insan qalıqlarının 32 nəfərə aid olduğu müəyyən edilib.

Bakıvaxtı.az yerli mətbuata istinadən xəbər verir ki, prokurorluq qalıqların parçalanmış və çaşqın vəziyyətdə olduğunu, şəxsiyyətin müəyyənləşdirilməsinin çətinləşdiyini bildirib.

Qeyd edilib ki, cəsədlər İrapuato şəhərində itkin düşənlərin axtarışı zamanı tapılıb. Ailələr və "Hasta Encontrarte" qrupunun üzvləri məlumat almaq ümidi ilə hadisə yerinə toplaşıblar.

İlkin məlumta görə, əyalətdə baş verən zorakılıqlar, əsasən, narkotik kartelləri arasında qarşıdurmalarla əlaqələndirilir.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью