Meksikada yol qəzasında 30 dan çox adam öldü

08.02.2025

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Meksikanın cənubunda Eskarseqa şəhəri yaxınlığında avtobusun yük maşını ilə toqquşması nəticəsində azı 30 nəfər ölüb.

Gununsesi.info xəbər verir ki, bu barədə yerli XEVT radiostansiyası məlumat yayıb.

Xəbərdə deyilir ki, sərnişin avtobusu Kankundan (Kintana Roo ştatı) Komalkalkoya (Tabasko ştatı) gedirmiş. İlkin məlumata görə, yük maşını qarşıdan gələn zolağa çıxıb və toqquşma nəticəsində avtomobillər yanıb.

Avtobusda 39 sərnişin olub. Hazırda yalnız 8 nəfərin sağ qaldığı məlumdur.

Tabasko qubernatoru Xavyer Mey sosial mediadakı hesabında qəzanı təsdiqləyib və həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью