525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dünən Meksikanın turizm məkanı olan Akapulko yaxınlığında zəlzələ baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, 6.5 bal gücündə zəlzələ nəticəsində 2 nəfər ölüb, 12 nəfər yaralanıb.
Yeraltı təkanların episentri Querrero ştatının San-Markos şəhərində olub və burada ciddi dağıntılar baş verib.
Zəlzələ episentrdən 400 km aralıda yerləşən Mexiko şəhərində, eləcə də Akapulkonun yaxınlıqdakı çimərliklərində də hiss olunub.
İbrahim Cəfərov