Meksikadakı səfirliyimiz 2 gün işləməyəcək XƏBƏRDARLIQ

06.11.2026

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Azərbaycanın Meksikadakı səfirliyi və konsulluğu iki gün fəaliyyət göstərməyəcək. SİA xəbər verir ki, bu barədə Azərbaycanın Meksikadakı səfirliyinin X sosial şəbəkə hesabında elan yayılıb.

"8 Noyabr - Zəfər Günü və 9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq, 09.11.2026-10.11.2026-cı il tarixlərində Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyi və Konsulluq Bölməsi fəaliyyət göstərməyəcək", - məlumatda bildirilib

Elanda Konsulluq bölməsinin qaynar xətt nömrəsi qeyd olunub: 55 1190 709

Mətləb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью