Meksikalı azarkeşlər ingilisləri yatmağa qoymadılar

05.07.2026

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Meksika milli komandasının azarkeşləri İngiltərə milli futbol komandasının qaldığı Mexiko Siti otelinin qarşısında səs-küylü etiraz aksiyası keçiriblər.

Axar.az xəbər verir ki, bu barədə “Deyli Meyil” məlumat yayıb.

Məlumata görə, gecə yarısı otelin qarşısında təxminən 200 azarkeş toplaşıb. Onlar polis kordonunun yaxınlığında mahnı oxuyub, avtomobil və motosikletlərin mühərriklərini işə salıblar. Təhlükəsizlik işçiləri müdaxilə edərək azarkeşləri oteldən uzaqlaşdırıblar.

İngiltərə yığmasından isə bildirilib ki, bunun oyunçulara heç bir təsiri olmayıb.

Qeyd edək ki, iyulun 6-da Dünya Kubokunun 1/8 final mərhələsində İngiltərə-Meksika matçı keçiriləcək və oyun Bakı vaxtı ilə saat 04:00-da başlayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью