Meksikalı bəstəkar ailə üzvləri ilə birgə qətlə yetirilib

03.09.2026

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Meksikanın paytaxtı Mexikoda dəhşətli kütləvi qətl hadisəsi baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, 38 yaşlı bəstəkar Conatan Melendez, hamilə həyat yoldaşı və 3 yaşlı qızı qətlə yetirilib. Onların cəsədləri Mexikodakı mənzildə tapılıb. Melendezin 6 yaşlı uşağı isə hadisə yerində sağ-salamat tapılıb.

Meksika Baş Prokurorluğunun açıqlamasında bildirilib ki, qurbanlar hadisə yerində yapışqan lentlə bağlı tapılıb.

Əlavə edilib ki, 3 yaşlı qız və daha iki nəfər başından, bir nəfər isə kürəyindən güllələnib.

Baş Prokurorluq hadisə ilə bağlı iki şübhəlinin həbs olunduğunu açıqlayıb. Hadisə ilə bağlı istintaq davam edir.

İbrahim Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью