Meksikalı boksçu dopinqə görə diskvalifikasiya oluna bilər

30.05.2025

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 30 may, AZƏRTAC

Meksikalı boksçu Xayme Munqiyanın dopinq testi müsbət çıxıb.

AZƏRTAC xəbər verir ki, idmançı fransalı Bruno Surace ilə revanş görüşündən sonra test verib və nəticəsi pozitiv olub.

Cənubi Amerikadan olan 28 yaşlı boksçuya B nümunəsinin nəticəsini təqdim etmək üçün 10 gün vaxt verilib. Əgər bu da müsbət çıxarsa, o zaman Xayme və Surace arasında keçirilməli olan revanş matçı etibarsız sayılacaq. Bu halda onu 6 aydan 12 ayadək diskvalifikasiya gözləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью