Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Meksika futbolunun əfsanələrindən biri olan Gilyermo Oçoa karyerasını bitirib.
Fanat.Az xəbər verir ki, 41 yaşlı qapıçı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
"Bu arzumun məni nə qədər uzağa aparacağını təsəvvür edə bilməzdim. Hal-hazırda yalnız qürurla geri baxıb "təşəkkür edirəm" deyə bilərəm. Ailəmə, komanda yoldaşlarıma, hər zaman yanımda olan azarkeşlərə minnətdarlığımı çatdırıram. Milyonlarla insanın sevgisini və Meksika üçün hər şeyimi verdiyimə aid əminliyi özümlə aparıram. Yaşadığımızı heç kim bizdən ala bilməz. Hər şey üçün sizə ürəyimin dərinliyindən təşəkkür edirəm!".
Qeyd edək ki, Oçoa Meksika millisində 154 oyun keçirib.
Əlisahib İbrahimli