Meksikalı hakimə ağır cəza SƏBƏB İdman və Biz

10.12.2024

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Meskikalı hakim Rosario Quadalupe Kardenas oktyabr ayında baş verən qalmaqaldan sonra vəzifəsindən uzaqlaşdırılıb.

İdman.biz xəbər verir ki, o, Meksikanın əsas liqasının "Monterrey" - "Tiqres" matçında ehtiyat hakim funksiyasını yerinə yetirməyib.

Hakimin sağlamlığı ilə bağlı oyunda iştirak etmədiyi bildirilsə də, hakimlər komissiyası məsələ ilə bağlı araşdırma aparıb. Kardenasın görüşdən bir gün əvvəl hotelə qadın dəvət etdiyi və qonağın narkotik verərək hakimi soymağa çalışdığı məlum olub. Bunun nəticəsində Rosario bir gün keçirilməli olan qarşılaşmada iştirak edə bilməyib.

Qeyd edək ki, Hakimlər Reqlamentinə riayət etmədiyinə görə Kardenasla müqaviləyə xitam verilib.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью