“Məktəb bufetlərində təqdim olunan qidaların keyfiyyəti araşdırılmalıdır”

11.11.2026

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Milli Məclisin deputatı Naqif Həmzəyev parlamentdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı regionlardakı sosial və infrastruktur problemlərindən danışıb.

Gununsesi.info xəbər verir ki, deputat məktəb bufetlərində təqdim olunan qidaların keyfiyyətinin araşdırılmasını təklif edib.

“Həmçinin ibtidai sinif şagirdlərinin gündə bir dəfə isti yeməklə təmin edilməsinin mümkünlüyü nəzərdən keçirilməlidir.

Regionlarda, xüsusilə 1960–1980-ci illərdə tikilmiş yaşayış binalarının təmiri ilə bağlı problemlər də diqqətə çatdırılmalıdır. Bəzi binalarda yalnız dam örtüyü təmir edilir, girişlər, liftlər və pilləkənlər isə yararsız vəziyyətdə qalır”.

Deputat Gəncədə kanalizasiya layihəsi ilə əlaqədar asfaltlanmayan yollar məsələsini də qaldırıb. Onun sözlərinə görə, 2011-ci ildən sakinlərə kanalizasiya işləri başa çatdıqdan sonra yolların asfaltlanacağı bildirilsə də, 2026-cı ilin sonuna yaxın hələ də asfalt örtüyü olmayan küçələr var.

Şəbnəm

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью