Məktəb bufetlərindəki vəziyyətlə bağlı AQTA dan AÇIQLAMA

04.09.2026

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Yeni tədris ilinin başlamasına az vaxt qaldığı bir vaxtda məktəb bufetləri və yeməkxanaların vəziyyəti ilə bağlı görülən işlər açıqlanıb.

AQTA-dan BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, cari il ərzində bir sıra ümumi təhsil müəssisələrində monitorinqlər keçirilib.

Monitorinqlər zamanı məktəblərin qida bloklarının sanitar-texniki və sanitar-gigiyenik vəziyyəti, qidalanma prosesinin təşkili, təqdim olunan məhsulların təhlükəsizlik və keyfiyyət göstəricilərinə uyğunluğu qiymətləndirilib. Həmçinin satışına qanunvericiliklə yol verilməyən və yararlılıq müddəti bitmiş məhsulların şagirdlərə təklif olunması halları da yoxlanılıb.

AQTA həmçinin qeyd edilib ki, aşkar edilən uyğunsuzluqların aradan qaldırılması üçün məsul şəxslərə icrası məcburi göstərişlər verilib. Tələblərə cavab verməyən məhsullar isə dərhal satışdan kənarlaşdırılıb.

Qurumdan açıqlanıb ki, yeni tədris ilində də ümumi təhsil müəssisələrində qida təhlükəsizliyinin təmin olunması məqsədilə monitorinqlər davam etdiriləcək.

Şahanə Xankişiyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью