Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Məlum olduğu kimi məktəb direktorlarının işə qəbulu prosesi indi müsahibə yolu ilə həyata keçirilir. Yeni qaydalara görə, namizədlər artıq test imtahanında iştirak etmir, müsahibə yolu ilə seçilirlər.
2025-ci ildə keçirilmiş direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi nəticələri əsasında 389 namizəddən 131 nəfərin məktəb direktoru təyin edilib.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bildirib.
Sual yaranır: niyə müsahibənin nəticələrinin elan olunması belə çox çəkdi, 6-7 ay?
Müsahibə şəffaf oldumu?
Müsahibə nəticələrinin araşdırılması hansı mexanizmlə aparılıb?
Müsahibə iyul ayında ona görə edilıir ki, sentyabr ayından yeni məktəb direktorları fəaliyyətə başlasınlar.
Dərs ilinin yarısı gedib, yayda müsahibədən keçənlər indi işə başlayırlar. Bu çox pis haldır.
Bu ETN-nin işinin səmərəsizliyi, onun ciddi qüsurudur.
Bəs ETN yayda, 1 ayda 60 min müəllimdən MİQ imtahanı götürüb operativ şəkildə məktəblərə necə yerləşdirir?
Yaxud 20 min müəllimi sertifikasiyadan keçirib, tez də onların nəticələrini elan edib, müəllimləri də işdən çıxarırlar.
Bəs bunu necə bacarırlar? Burada deyəsən qaranlıq məqamlar var.
İlham Əhmədov