Məktəb direktoru xəstəxanalıq oldu

08.11.2024

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Şəkidə məktəb direktoru rabitə dirəyindən yıxılaraq xəsarət alıb.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, hadisə günorta saatlarında rayonun Böyük Dəhnə kəndində baş verib.

Kənd sakini 64 yaşlı Xanlar Həsrət oğlu Ağabəyov yaşadığı evin həyətyanı sahəsində olan rabitə dirəyindən yıxılıb.

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan X. Ağabəyov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Qeyd edək ki, X. Ağabəyov Böyük Dəhnə kənd tam orta məktəbdə direktor vəzifəsində çalışır.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью