Məktəb direktorunun otağından oğurluq edildi Yeni Sabah

05.11.2024

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Astara rayonunda oğurluq hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, rayon ərazisindəki məktəblərdən birində gözətçi işləyən 46 yaşlı A.Mikayılov axşam saatlarında direktorun otağından onun bank kartını oğurlayıb və içərisindəki 3 200 manatı nağdlaşdırıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə onun bu əməlinin üstü açılıb və A.Mikaylov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью