“Məktəb dövlətin gələcəyini formalaşdıran strateji bir platformadır” İlqar Orucov

13.10.2026

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

“Demokratik dövlət idarəçiliyi qərarların qəbulunda ilk növbədə cəmiyyətin ümumi maraqlarının qorunmasını nəzərdə tutur. Dövlətin vahid məktəbli forması ilə bağlı qərarı legitim dövlət institutları tərəfindən, geniş ictimai-pedaqoji müzakirələr əsasında və müvafiq qanunvericilik çərçivəsində qəbul edilmişdir. Hüquqi müstəvidə fəaliyyət göstərən hər bir vətəndaş bu qaydalara riayət etmək öhdəliyi daşıyır”. 

Bunu flsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov 525.az-a söyləyib. Cəmiyyət sədri məktəblərin siyasi və dini mübahisələrin aparıldığı məkana çevrilməməli olduğunu bildirib:

“Dövlətimizin dünyəvi xarakteri isə təhsil sisteminin hər cür kənar ideoloji, subyektiv və ya qrup maraqlarından uzaq, elmi və bərabərhüquqlu əsaslarla fəaliyyət göstərməsini təmin edir. Məktəb fərdi siyasi, dini və ya sosial ambisiyaların nümayiş olunduğu poliqon deyil, dövlətin gələcəyini formalaşdıran strateji bir platformadır”.

Sevinc Qarayeva 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью